“Monako” baş məşqçi tapdı
04.07.2023 - 17:18
“Monako”nun yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, “Knyazlıq klubu”nu Adolf Hutter çalışdıracaq.
Avstriyalı mütəxəssislə iki illik müqavilə imzalanacaq. 53 yaşlı çalışdırıcının son iş yeri Mönhenqladbax “Borussiya”sı olub.
Hutter “Zalsburq”la Avstriya, “Yanq Boyz”la İsveçrə çempionu olmağı bacarıb. O, bu uğurlara 2014/15 və 2017/18 mövsümlərində imza atıb.
Qeyd edək ki, “Monako” ötən mövsüm Liqa1-in turnir cədvəlində 6-cı olub.
- Vaqif Cavadov: “Mənim səhvlərimi bilmək üçün gərək PRO kateqoriyasını oxuyasız”
- Orxan Aslanov: "Həmin an hər şeyə dəyərdi”
- Firdovsi Umudov Gürcüstanda ağırlıqqaldırma federasiyalarının prezidentləri ilə görüşüb - FOTO
- Rüstəm Əliyev: "Hər iki qarşılaşmada istədiyimizə nail ola biləcəyik”
- “Qarabağ” mövqeyini qorudu, “Neftçi” gerilədi
0
0