
“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo İngiltərə millisində işləmək şansları barəsində açıqlama verib.
Apasport.az “Sky Sports”-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis hazırda bu işlə maraqlanmadığını bildirib:
“İngiltərə yığması ilə bağlı heç bir danışıq olmayıb. Mən bu işlə maraqlanıram? İndi yox. Enerjim çoxdur, ayda bir matç mənə bəs etmir. Daha çox oyunda olmaq istəyirəm. Amma istisna etmirəm ki, gələcəkdə dünya və Avropa çempionatlarında çalışaraq, təcrübə qazanmaq istəyəcəm. Bir gün bu baş verə bilər, amma indi deyil”.
Qeyd edək ki, Mourinyo bu ilin yayından “Fənərbaxça”nı çalışdırır. O karyerası ərzində “Portu”, “Mançester Yunayted”, “Çelsi”, “Real” və “İnter” kimi klublara rəhbərlik edib.
- "Benfika"nın səfər matçı təxirə salınıb
- Şenol Günəş: “Neftçi”yə imkan versən, daha yaxşı oynayır” - MÜSAHİBƏ
- Naxçıvanda şəhidin xatirəsinə cüdo yarışı keçirildi - FOTOLENT
- Paris 2024: Üzgüçümüz mübarizəni dayandırıb - YENİLƏNİB
- Canni de Byazi: “İndi qol vurmağa, nəticə qazanmağa başlamalıyıq” - MÜSAHİBƏ