Mourinyo "Napoli"yə gedir? - Prezidenti açıqladı
26.01.2024 - 23:44
Mourinyo "Napoli"yə gedir? - Prezidenti açıqladı

"Napoli" Joze Mourinyonu baş məşqçi postuna gətirməyəcək.

Apasport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Neapol klubunun prezidenti Aurelio De Laurentis "Roma"dan qovulan portuqaliyalı mütəxəssislə danışıq aparmadıqlarını bildirib:

"Mourinyonun "Napoli" ilə heç bir əlaqəsi yoxdur. Bəli, o, şən məşqçidir. Amma mən onun taleyini nə İtaliyada, nə də “Napoli”də görürəm”.

Qeyd edək ki, hazırda "Napoli"ni Valter Mazzari çalışdırır.