
2023/24-cü il mövsümünün ilk yarısının ən yaxşı 15 baş məşqçisinin adları açıqlanıb.
Apasport.az xəbər verir ki, bu barədə "Goal" nəşri məlumat yayıb.
Bu siyahıya Almaniya təmsilçisi "Bayer"in ispaniyalı çalışdırıcısı Xabi Alonso başçılıq edir. Bundesliqanın liderinin mövsüm ərzində məğlub olmaması 42 yaşlı mütəxəssisin digərlərindən fərqlənməsi ilə nəticələnib.
2-ci sırada "Aston Villa"nın baş məşqçisi Unay Emeri, 3-cü sırada isə "Jirona"nın baş məşqçisi Miçel yer alır. Siyahının dördüncü məşqçisi isə "Mançester Siti"nin çalışdırıcısı Pep Qvardioladır.
Qeyd edək ki, alman klubu Avropa Liqasında “Qarabağ”la eyni qrupda çıxış edib.
- Formula-1 üzrə Azərbaycan Qran-Prisi payızda keçirilə bilər
- Elhad Nəziri: “Futbolçular bu hesaba görə mənə cavab verəcəklər”
- İrəvanda medal qazanan türkiyəli idmançılar: "Qələbəmizi Azərbaycana ərməğan edirik" - VİDEO
- “Qalatasaray”dan Mikautadze və Dibala açıqlaması
- Azərbaycan Kubokunun indiyədək keçirilən 30 final matçını 18 baş hakim idarə edib