Mustafa Alper Avcı: “Biz meydanda qalmaq istədik"
09.02.2025 - 22:45
![Mustafa Alper Avcı: “Biz meydanda qalmaq istədik"](https://apasport.az/storage/news/2025/february/09/big/67a8f80e116ee67a8f80e116ef173912679867a8f80e116ec67a8f80e116ed.jpeg)
Türkiyə Super Liqasında XXIII turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, "Adana Dəmirspor" səfərdə "Qalatasaray" ilə qarşılaşıb.
Ev sahibləri hesabda 1:0 öndə olarkən, qonaqlar 33-cü dəqiqədə meydanı tərk ediblər.
"Adana Dəmirspor" baş məşqçisi Mustafa Alper Avcı bununla bağlı açıqlama verib.
Təcrübəli mütəxəssis bu qərarın ondan qaynaqlanmadığını bildirib:
"Penaltidən sonra meydandan çıxmağımızı prezidentimiz istədi. Biz meydanda qalmaq istədik".
Qeyd edək ki, "Adana Dəmirspor" 33-cü dəqiqədə meydandan çəkilib. Həmin vaxt hesab 1:0 "Qalatasaray"ın xeyrinə olub.
0
0