Napoli”nin qalib gəlmədiyi komanda qalmadı
22.05.2023 - 09:01
![Napoli”nin qalib gəlmədiyi komanda qalmadı](https://apasport.az/storage/news/2023/may/22/big/646af77d9167a646af77d9167b1684731773646af77d91678646af77d91679.jpg)
““Napoli” İtaliya A seriyasında növbəti qələbəsini qazanıb.
Apasport.az saytının məlumatına görə, Luçano Spallettinin yetirmələri “İnter”i qəbul edib.
Neapollular 3:1 hesablı qələbə qazanıb. Bununla da İtaliya çempionu cari mövsümdə A seriyasının bütün komandalarına qalib gəlib.
“Napoli” 19 rəqibi üzərində qələbə sevinci yaşayıb. Bu klub tarixində ilk belə hadisədir.
Qeyd edək ki, “Napoli” sona 5 tur qalmış çempion adını qazanıb.
0
0