Niderlandlı oyunçu A Seriyasında
08.01.2026 - 20:26
“Ayaks”ın üzvü Kennet Teylor karyerasını İtaliya A Seriyasında davam etdirəcək.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, 23 yaşlı yarımmüdafiəçi “Latsio” ilə razılığa gəlib.
İtaliya təmsilçisi bu transfer üçün qarşı tərəfə 15 milyon avro ödəyəcək, əlavə bonuslar isə 2 milyon avro təşkil edəcək.
Niderlandlı futbolçu ilə 4 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Kennet Teylor cari mövsümün ilk yarısında “Ayaks”ın heyətində 19 oyuna çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- “Liverpul” “Barselona”nın müdafiəçisini icarəyə götürür
- “Yuventus”u “Lion”a dəyişdi - RƏSMİ
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- “Payız turniri”nə start verilib
0
0