Bundesliqanın ilk həftəsində Dortmund "Borussiya"sı "Ayntraxt-Frankfurt"u qəbul edib.
Apasport.az xəbər verir ki, Nuri Şahinin çalışdırdığı Dortmund "Borussiya"sı mövsümün ilk matçında "Ayntraxt Frankfurt"a 2:0 hesabı ilə qalib gəlib.
İlk yarısı 0:0 hesabı ilə bitən matçda dortmundlulara qələbə qazandıran qollar 72-ci və 90+3-cü dəqiqələrdə qeydə alınıb. "Borussiya Dortmund"un sol cinah müdafiəçisi Jamie Gittens dubla imza atıb.
Dortmund klubunu çalışdıran Nuri Şahin Bundesliqadakı məşqçilik karyerasına qələbə ilə başlayıb.
Qeyd edək ki, liqanın ikinci həftəsində "Borussiya" "Verder"in qonağı olacaq. "Ayntraxt-Frankfurt" isə "Hoffenhaym"ı qəbul edəcək.
- Şahruddin Məhəmmədəliyev: "Azarkeşlərin milli komandanın oyunlarına gəlməməsi öz günahımızdır" - Müsahibə
- “Azərreyl” “Neftçi” ilə qarşılaşacaq
- “Qalatasaray”dan mükəmməl başlanğıc: ardıcıl 5-ci qələbə
- Millimiz Avropa Kubokunda bürünc medal qazanıb
- "Neftçi"nin yeni transferi Alessio Kurçi: Qol və assistləri - VİDEO