Oçoa karyerasını bitirir – DÇ-2026-dan sonra vida
17.06.2026 - 20:12
Meksika millisinin əfsanəvi qapıçısı Gilyermo “Memo” Oçoa peşəkar futbolçu karyerasını başa vuracaq.
Apasport.az xəbər verir ki, 40 yaşlı qolkiper DÇ-2026-dan sonra futbolla vidalaşacaq.
Oçoa bu mundialda iştirak etməklə karyerasında 6-cı dəfə dünya çempionatında yer alıb.
Meksikalı qapıçı daha əvvəl 2006, 2010, 2014, 2018 və 2022-ci illərdə də mundial heyətində olub.
Qeyd edək ki, Oçoa Meksika millisinin heyətində 151 oyun keçirib. O, xüsusilə 2014-cü il dünya çempionatında Braziliyaya qarşı möhtəşəm çıxışı ilə futbolsevərlərin yaddaşında qalıb.
- Messi və Suarez dubl etdi, "İnter Mayami" qələbə qazandı
- "Real" Mbappedən imtina etdi, PSJ isə...
- Olimpiadaya yollanacaq media nümayəndələri ilə görüş keçirilib
- Bəxtiyar Həsənalızadə: “Təkliflərim var idi, xaricə getmək variantını gözləyirdim” - MÜSAHİBƏ
- De Byazi: "Azərbaycan tarixdə ilk dəfədir ki, 4-cü pillədədir"
0
0