Okan Buruk UEFA tərəfindən cəzalandırıldı
12.04.2024 - 17:21
![Okan Buruk UEFA tərəfindən cəzalandırıldı](https://apasport.az/storage/news/2024/april/12/big/66193324093b666193324093b7171292752466193324093b366193324093b5.jpg)
UEFA "sarı-qırmızılı" komandanın baş məşqçisi Okan Buruk, müdafiəçisi Kaan Ayhan, matç və performans analitiki Serhat Doğanı "Sparta Praqa" - "Qalatasaray" (6:4) matçında baş verən hadisələrə görə cəzalandırıb.
Apasport.az xəbər verir ki, Avropa futbol qurumunun İntizam Komitəsi "aslanlar"a verilən cəzaları açıqlayıb.
Okan Buruk qeyri-idman hərəkətinə görə 2, Kaan Ayhan sərt müdaxiləyə görə 1, matç və performans analitiki Serhat Doğan isə 3 oyunluq cəza alıb.
0
0