Osimhen dubl etdi - NİGERİYA DÇ-nin bir addımlığında
14.11.2025 - 01:11
DÇ 2026-nın Afrika zonası üzrə pley-off mərhələsinin yarımfinal matçında Nigeriya Qabonla üz-üzə gəlib.
Apasport.az xəbər verir ki, oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.
Əlavə vaxtda ardıcıl qollarla fərqlənən Nigeriya 97-ci dəqiqədə Çidera Ejukenin, 102-ci və 110-cu dəqiqələrdə isə Viktor Osimhenin qolları ilə 4:1 hesablı qələbə qazanıb.
Bu nəticə ilə Nigeriya Afrika zonası üzrə pley-off mərhələsinin finalına yüksəlib.
Komandanın rəqibi Kamerun – Konqo Demokratik Respublikası qarşılaşmasının qalibi olacaq.
Qeyd edək ki, pley-off finalı noyabrın 16-da keçiriləcək.
- Vüsal İsgəndərli: "Albaniyanı da, Qazaxıstanı da məğlub edə bilərik" - Müsahibə
- "Qarabağ" Rumıniyadan futbolçu gətirir - detallar bəlli oldu
- Yüksək Liqada yeni mövsümün başlayacağı tarix bəlli olub
- UEFA prezidenti Ukraynanın DÇ-2030-a ev sahibliyi etməsini dəyərləndirdi
- Levandovskidən şok qərar: Millidən imtina etdi
0
0