“Çelsi” yay fasiləsində bir neçə futbolçu transfer etmək niyyətindədir.
Apasport.az saytının məlumatına görə, “zadəganlar”, xüsusən də, müdafiə xəttini gücləndirməyi düşünür.
London təmsilçisi “Sevilya”lı Jül Kunde ilə yanaşı, bir neçə mərkəz müdafiəçisini – PSJ-dən Presnel Kimpembe, “Leypsiq”dən Yoşko Qvardiola və “Atletiko”dan Xose Ximenesi nəzərdən keçirir.
Yeni rəhbərlik həmçinin yarımmüdafiə xəttinə də axtarışlarını davam etdirir. Mümkün transferlər Deklan Rays (“Vest Hem”) və Orelyen Tçuamenidir (“Monako”). Londonlular “Brayton”un sol cinah müdafiəçisi Mark Kukurella ilə də maraqlanır.
İngilislər “Bavariya”dan ayrılmaq istədiyini deyən hücumçu Robert Levandovski ilə bağlı vəziyyəti də izləyir.
- Millimizin sabiq üzvü ciddi zədə alıb
- Faiq Qarayev: "Xaricdə oynayan gənc idmançılarımızı milliyə qaytarmalıyıq"
- “Qəbələ” və “Şamaxı” yoldaşlıq oyunları keçiriblər
- Rauf Əliyev: “Özümü şikəst etmək istəmədim, keyidici iynələr də artıq təsir etmirdi” - MÜSAHİBƏ
- Türkiyədə futbolçunun maşını qaçırdılar - SƏBƏB