Poqba meydana qayıtdı
01.03.2023 - 10:21
Pol Poqba bu mövsüm “Yuventus”da ilk oyununa çıxıb.
Apasport.az saytı xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi İtaliya A Seriyasının XXIV turunun “Torino” ilə matçında iştirak edib.
Fransız futbolçu görüşün 69-cu dəqiqəsində meydana çıxıb. Beləliklə, Poqba 2022-ci ilin yayında “Mançester Yunayted”dən “Yuventus”a keçdikdən sonra Turin klubunda ilk oyununu keçirib.
Qeyd edək ki, Poqba zədə səbəbindən matçlarda iştirak edə bilmirdi.
- "Şəmkir"in baş məşqçisi: "I Liqaya yüksəlmək niyyətindəyik"
- Triatlon üzrə Azərbaycan millisinin yeni baş məşqçisinin təqdimat mərasimi keçirilib
- Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
- Rza Cəfərova Avropadan təklif – Son qərar “Neftçi”də
- Santuş millidən gedir, yerinə tanış serb gəlir
0
0