Poqbanın müqavilə bağlayacağı tarix açıqlandı
06.07.2022 - 14:06
![Poqbanın müqavilə bağlayacağı tarix açıqlandı](https://apasport.az/storage/news/2022/july/06/big/62c55eb133e7062c55eb133e71165710200162c55eb133e6e62c55eb133e6f.jpg)
Fransa millisinin futbolçusu Pol Poqbanın “Yuventus”a keçəcəyi tarix müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi iyulun 9-da Turinə yollanacaq.
O, həmin gün “qoca sinyora”da əvvəlcə tibbi müayinədən keçəcək, ardından müqaviləyə qol çəkəcək. Anlaşmaya əsasən, Poqba 2026-cı ilin yayına qədər “Yuve”yə məxsus olacaq. Ulduz futbolçunun “Mançester Yunayted”lə müqaviləsi başa çatdığından, bu keçid turinlilərə havayı başa gəlib.
Qeyd edək ki, Pol Poqba 2012-2016-cı illərdə “Yuventus”da çıxış edib.
0
0