“Porto”nun yeni baş məşqçisi bəlli olub
27.01.2025 - 20:58
Portuqaliya Liqası komandalarından “Porto”nun yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az xəbər verir ki, klubu Martin Anselmi çalışdıracaq.
Argentinalı mütəxəssis baş məşqçi postunda Vitor Brunonu əvəzləyib.
39 yaşlı çalışdırıcı ilə 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Anselmi bunadək Meksikada “Krus Asul”, Ekvadorda “İndependente del Valye” kimi klubları çalışdırıb.
Qeyd edək ki, “Porto” 19 turdan sonra 41 xalla 3-cü yerdə qərarlaşıb.
- Ayxan Abbasov: “Məğlubiyyəti haqq etmirdik”
- Almaniya və İngiltərə millilərinin azarkeşləri arasında dava düşüb
- "Neftçi"nin futbolçusu milliyə çağırılıb
- “Barselona” ispaniyalı müdafiəçi ilə müqaviləsini yenilədi
- Millimizin sabiq forvardı: “Azərbaycan millisi daim qol imkanları yaratmalı, qol vurmalıdır”
0
0