Premyer Liqa klubundan 11 milyonluq transfer
17.06.2022 - 22:17
![Premyer Liqa klubundan 11 milyonluq transfer](https://apasport.az/storage/news/2022/june/17/big/62ac4eeabde7462ac4eeabde75165545956262ac4eeabde7262ac4eeabde73.jpg)
İngiltərənin “Brayton” klubu heyətinə yeni futbolçu qatıb.
Apasport.az saytının məlumatına görə, bunu Premyer Liqa təmsilçisinin mətbuat xidməti açıqlayıb.
“Brayton” Xulio Ensiso ilə güclənib. Hücumçu “Libertad”dan transfer olunub.
Paraqvaylı hücumçu ilə 4 illik müqavilə imzalanıb. 2026-cı ilədək “Brayton”da çıxış edəcək forvard üçün 11 milyon avro ödənilib.
0
0