Premyer Liqa klubunun skautları Braziliyada
15.11.2022 - 14:07
“Nyukasl”ın transfer siyahısında yer alan daha bir futbolçunun adı bəlli olub.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu “Botofoqo”nun hücumçusu Ceffersonun xidmətində maraqlıdır.
Premyer Liqa təmsilçisinin skautları Braziliyaya yollanıb. Onlar hücumçunun “Santos”la oyundakı çıxışını canlı izləyib.
Cefferson digər klubların da marağını çəkib. “Ayaks”la “Vest Hem” də 22 yaşlı forvardı heyətində görmək istəyir.
Qeyd edək ki, braziliyalı hücumçu A seriyasının son mövsümündə 24 oyunda 2 qol vurub.
- Rafael Ağayev federasiyanın vitse-prezidenti deyilmiş - Açıqlama
- Rafael Ağayev ABŞ-da kəmərə sahib çıxıb, anasına həsr etdi - FOTOLENT - VİDEO
- Qurban Qurbanov qrup mərhələsinin püşkünü dəyərləndirdi
- “Yuventus”dan Mbanqula qərarı
- Vasili Berezutski: “Nə vaxtsa "Sumqayıt"ın qapısına yol tapıb qol vuracağıq"
0
0