Premyer Liqa tarixində ikinci gəlir
07.11.2022 - 23:38
![Premyer Liqa tarixində ikinci gəlir](https://apasport.az/storage/news/2022/november/07/big/63691896b407563691896b4076166783195863691896b407363691896b4074.jpg)
“Mançester Siti”nin ötən maliyyə ili üçün hesabatı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubunun gəlirləri 704,18 milyon avro təşkil edib.
Bu, Premyer Liqa tarixində ikinci göstəricidir. 2018/19 mövsümündə “Mançester Yunayted” daha çox gəlirə nail olub. “Qırmızı şeytanlar” 719,08 milyonluq göstərici ilə fərqlənib.
Qeyd edək ki, “şəhərlilər”in təmin qazancı 47,82 milyona bərabər olub.
0
0