Premyer Liqada çıxış edən türk futbolçu mövsümü erkən başa vurdu
08.01.2025 - 17:38
İngiltərənin "Bornmut" klubunun heyətində ciddi itki baş verib.
Apasport.az "Relevo" nəşrinə istinadla xəbər verir ki, Premyer Liqa təmsilçisinin hücumçusu Enes Ünal sıradan çıxıb.
Türk futbolçu komandanın məşqi zamanı dizindən ağır zədə alıb. Ön çarpaz bağları qopan 27 yaşlı forvard mövsümün qalan hissəsində meydana çıxa bilməyəcək.
Qeyd edək ki, "Bornmut" Enes Ünalı mövsümün əvvəlində "Xetafe"dən 16,5 milyon avroya transfer edib. Türkiyə millisinin üzvü davam edən mövsümdə Premyer Liqada meydana çıxdığı 17 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- "Qalatasaray"ın müdafiəçisi Almaniyada oynayacaq
- "Neftçi"nin yeni məşqçisi haqqında: "Birbaşa hücum futbolu oynadan məşqçidir" - Müsahibə
- "Cərimə meydançasında təmas varsa, penalti qərarı doğrudur" - Mübariz Orucov
- Elif Elmas susqunluğunu pozdu
- A Seriyası təmsilçisi baş məşqçisi ilə yeni müqavilə imzaladı
0
0