Premyer Liqada növbəti təxirəsalma
12.09.2022 - 12:48
Avropa Liqasının “Arsenal” – PSV oyunu və İngiltərə Premyer Liqasının VIII turunun keçirilməsi sual altına düşüb.
Apasport.az saytının məlumatına görə, qarşılaşmalar təxirə salına bilər.
Buna Böyük Britaniya kraliçası II Yelizavetanın ölümü səbəb olub. Yas mərasimləri ilə bağlı polis çatışmazlığı yaranıb. Bu da matçların təşkilinin mümkünlüyünü təhlükə altına salıb.
Qeyd edək ki, bunadək Premyer Liqanın VII turu və Çempionlar Liqasının “Reyncers” – “Napoli” matçı təxirə salınıb.
- “Qarabağ”a uduzdu, istefaya göndərildi
- İngiltərə tarixinin ən yaxşı yarımmüdafiəçiləri məlum olub
- Messi karyerasının ən yaxşı qolunu açıqlayıb - VİDEO
- Qurban Qurbanov: “Bu epizodla mənim etdiyim fair-playi yan-yana qoymayın” - MÜSAHİBƏ
- Kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub
0
0