Premyer Liqada yeni müqavilə
25.10.2023 - 16:52
![Premyer Liqada yeni müqavilə](https://apasport.az/storage/news/2023/october/25/big/6538f90b82fd96538f90b82fda16982325876538f90b82fd76538f90b82fd8.png)
"Fulhem" baş məşqçisi Marko Silva ilə müqavilənin müddətini uzadıb
Apasport.az xəbər verir ki, bunu Premyer Liqa təmsilçisinin mətbuat xidməti açıqlayıb.
London klubu baş məşqçi ilə işbirliyini 2026-cı ilə qədər davam etdirəcək. "Qara-ağlar" 46 yaşlı məşqçidən faydalanmaq niyyətindədir.
Qeyd edək ki, Premyer Liqada 3 qələbə, 2 heç-heçə və 4 məğlubiyyəti olan komanda 11 xalla 13-cü yerdədir.
0
0