PSJ "Bayer Leverkuzen"in müdafiəçisi ilə maraqlanır
14.06.2024 - 11:37
Bundesliqa çempionu "Bayer Leverkuzen"də çıxış edən müdafiəçi Edmond Tapsoba Fransa çempionatına keçə bilər.
Apasport.az xəbər verir ki, PSJ futbolçunu transfer etməkdə maraqlıdır.
Paytaxt klubu mərkəz müdafiəçi mövqeyində Leni Yoroya alternativ olaraq Edmonu nəzərdən keçirir.
Hazırda futbolçunun transfer dəyəri 45 milyon avro olaraq qiymətləndirilir. Müdafiəçinin hazırkı müqaviləsi 2026-cı ildə başa çatacaq. 24 yaşlı futbolçu Leverkuzenlilərin heyətində 183 oyun keçirib, 9 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- Türkiyə Kubokunun finalının məkanı dəyişdirildi
- Sabiq klub prezidenti: “O, “Qarabağ” qladiatorlarının heç yarısı deyil”
- "Real"ın futbolçusu ilin ən yaxşısı oldu
- Boksçumuza başı ilə zərbə endirdi və diskvalifikaya olundu
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
0
0