PSJ İngiltərə millisinin üzvü ilə maraqlanır
16.11.2025 - 21:32
“Mançester Siti”nin futbolçusu Con Stounz karyerasını Fransada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, 31 yaşlı müdafiəçi ilə PSJ yaxından maraqlanır.
Bu barədə “Footmercato” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, Paris klubu artıq futbolçunun meneceri ilə danışıqlara başlayıb.
Qeyd edək ki, 2016-cı ildən “Mançester Siti”nin formasını geyinən İngiltərə millisinin üzvünün müqaviləsi mövsümün sonunda başa çatır. O, karyerası ərzində “Barnsli” və “Everton” komandalarında da çıxış edib.
- Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov reytinqdə geriləyib
- Futbolçunun başına bıçaq atıldı - Qorxulu anlar - VİDEO
- Premyer Liqada fevral ayının ən yaxşısı bəlli olub
- FKSB-nin futbolçusu “Neftçi”yə transferi barədə xəbərlərə münasibət bildirdi - EKSKLÜZİV
- “Çelsi” gənc müdafiəçisini geri qaytarıb - RƏSMİ
0
0