"Qalatasaray"da yeni mövsümə hazırlıqlar davam edir.
Apasport.az xəbər verir ki, sağ cinah müdafiəçisi axtarışında olan "Qalatasaray" "Renn" forması geyən Quelo Doueyə təklif göndərib.
"Sarı-qırmızı"lar bu transferi qısa zamanda həll etmək niyyətindədir. Türkiyə nəhəngi bundan əvvəl "Mançester Yunayteddən Aaron Van-Bissaka transferini tamamlamağa nail olmayıb.
"Qalatasaray"ın müdafiəçi üçün fransa təmsilçisinə təklif etdiyi məbləğ 7 milyon avrodur. Türklər bundan əvvəl futbolçunu 6 milyona transfer etməyə çalışıb, lakin "Renn" təklifdən razı qalmayıb.
Qeyd edək ki, 21 yaşlı Quelo Douenin komandası ilə 1 illik müqaviləsi qüvvədədir.
- La Liqa: “Atletiko” səfərdən 3 xalla qayıdır - VİDEO
- Qadın boksçularımız Millətlər kubokunda mübarizəyə başlayırlar
- Bakıda keçiriləcək Olimpiya Təsnifat turnirinə 33 ölkə güləşçiləri qatılacaq
- Vaqif Cavadov: “Bakıdakı nəticəyə aldanmaq olmaz”
- “Qalatasaray” “Napoli” ilə anlaşdı: Osimhen İstanbula gəlir