"Qalatasaray" istəmədi - "EYÜPSPOR"A GEDİR
01.07.2025 - 14:07
“Qalatasaray”da çıxış edən 31 yaşlı futbolçu Kerem Demirbayın gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, İstanbul təmsilçisinin yeni mövsüm planlarında yer almayan türkəsilli alman futbolçu “Eyüpspor”la razılığa gəlib.
Yarımmüdafiəçinin yeni klubu ilə 3 illik müqavilə imzalayacağı bildirilir.
Qeyd edək ki, “Borussiya Dortmund”un yetirməsi olan Kerem Demirbay 2023-cü ildə “Bayer”dən “Qalatasaray”a 3,7 milyon avroya transfer olunmuşdu.
- Yığma komandamız Gümüş Avropa Liqasının ilkin mərhələsində son matçına çıxacaq
- Loran Blan istefaya göndərildi
- AFFA-nın baş katibi “Barselona” klubunun nümayəndələri ilə görüşüb
- Dövlət qurumlarının əməkdaşları arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Millimizin Türkiyədəki təlim-məşq toplanışı başa çatıb
0
0