"Liverpul"un futbolçusu Harvi Elliott karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Qalatasaray" ingiltərəli hücumameyilli yarımmüdafiəçini heyətinə qatmaq istəyir.
"Sarı-qırmızılar" danışıqlar aparmaq üçün Elliottu meneceri ilə birlikdə İstanbula gətirib. "Aslanlar" 22 yaşlı oyunçunu icarəyə götürməyi planlaşdırır.
Qeyd edək ki, Harvi Elliottu 2019-cu ilin yayında "Fulhem"in akademiyasından transfer edib. İngiltərə U-21 millisinin üzvü ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 28 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- Premyer Liqanı A Seriyasına dəyişə bilər
- Federasiya prezidenti: “Avropa Oyunlarından ən azı 3-4 medal götürməyə çalışacağıq”
- Branimir Subaşiç: "Neftçi" Azərbaycanda bir nömrəli klub olmalıdır"
- Kamran Quliyev: “Bir oyuna görə heç kimi mühakimə etmək olmaz”
- Misli Premyer Liqası: XII turun təyinatları açıqlanıb