“Qalatasaray” onun üçün 5 milyondan keçməyə hazırdır
24.12.2022 - 16:54

Türkiyənin “Qalatasaray” klubu qışda heyətini gücləndirmək istəyir.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi Fransanın “Lion”undan Mussa Dembele ilə maraqlanır.
“Cim-bom” 26 yaşlı futbolçunun transferi üçün 5 milyon avrosundan keçməyə hazırdır. Lakin fransız hücumçunun ingilis klublarının da transfer siyahısında olmasa onların işini çətinləşdirir.
Qeyd edək ki, Dembele “Atletiko”, “Fulhem”, “Seltik” və “Lion” klublarının şərəfini qoruyub. Bu komandalarla 337 oyunda iştirak edən futbolçu 151 qol və 46 məhsuldar ötürmə ilə yadda qalıb.
- Futbolda yeni qayda: Qapıçı əlində topu çox saxlasa...
- Samir Abasov: “Çatışmazlıqları oyunlarla aradan qaldıracağıq”
- “Qalatasaray” mərakeşli ilə yollarını ayıracaq
- Əfran İsmayılov: “Qarabağ” Avropa Liqasında tarix yazmaq istəyirsə...” - MÜSAHİBƏ
- "Fənərbaxça" Cekonu ingilis futbolçu ilə əvəzləyəcək - İddia
0
0