“Qalatasaray” onunla müqaviləni yeniləyəcək
27.09.2023 - 18:18

“Qalatasaray” daha bir futbolçusu ilə danışıqları müsbət yekunlaşdırıb.
Apasport.az saytı xəbər verir ki, “cim-bom” sağ cinah oyunçusu Saşa Boeyin müqaviləsini yeniləyəcəyini açıqlayıb.
23 yaşlı fransız futbolçunun 2025-ci ildə bitəcək razılaşmasının bir neçə il daha artırılması planlaşdırılır. Yeni anlaşmada futbolçunun 450 min avro olan maaşı 1 milyon 250 minə çatdırılacaq. Bundan başqa, İstanbul klubu müqaviləyə oyunçunun sərbəst qalma məbləği olaraq 25 milyon avro əlavə olunmasını istəyir.
Qeyd edək ki, bu mövsüm 13 matçda iştirak edən Boey rəqib qapılarına bir dəfə yol tapıb.
- "Qalatasaray"lı futbolçuların motivasiyası üçün növbəti səbəb
- Qurban Qurbanov: "Klubun böyüməsi üçün çox önəmli oyun idi"
- “Qızıl top”un mükafatlandırma mərasiminin tarixi açıqlandı
- “Neftçi” və “Qəbələ”nin fərqli şakəri, “Qarabağ”la “Zirə”də nisbi tarazlıq
- "Zirə" final mərhələsinə yüksəldi - YENİLƏNİB
0
0