“Qalatasaray”ın müdafiəçisi Davinson Sançesə İtaliyadan maraq var.
Apasport.az xəbər verir ki, A Seriyası təmsilçisi “Komo” kolumbiyalı futbolçunu heyətinə qatmaq istəyir.
Bu barədə türkiyəli jurnalist Nevzat Dindar məlumat yayıb. Bildirilir ki, İstanbul klubu 29 yaşlı müdafiəçi üçün tələb etdiyi məbləği müəyyənləşdirib.
“Sarı-qırmızılılar” Davinson Sançesin transferindən ən azı 20 milyon avro gəlir əldə etmək istəyir. “Komo”nun yaxın günlərdə futbolçu üçün rəsmi addım atacağı gözlənilir.
Qeyd edək ki, Davinson Sançes 2025/2026 mövsümündə “Qalatasaray”ın heyətində Super Liqada 30 matçda meydana çıxıb, 1 qol vurub.