"Qalatasaray" sabiq "Beşiktaş"lını istəyir
16.01.2024 - 15:50
!["Qalatasaray" sabiq "Beşiktaş"lını istəyir](https://apasport.az/storage/news/2024/january/16/big/65a66c47b2bb265a66c47b2bb3170540551165a66c47b2bb065a66c47b2bb1.png)
"Qalatasaray" Rıdvan Yılmazla anlaşıb.
Apasport.az "Sabah"a istinadla xəbər verir ki, "Qalatasaray" Türkiyə millisinin futbolçusu üçün "Reyncers"dən cavab gözləyir.
"Sarı-qırmızılılar" Rıdvanı 6 aylıq icarə əsasında heyətinə qatmaq istəyir.
Qeyd edək ki, 22 yaşlı futbolçu 2022-ci ildə "Beşiktaş"dan "Reyncers"ə transfer olunub.
0
0