“Qalatasaray” Ukrayna millisinin üzvü ilə maraqlanır
28.12.2025 - 12:55
“Qalatasaray” “Everton”un müdafiəçisi Vitaliy Mikolenkoya maraq göstərir.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisinin rəhbərliyi ukraynalı futbolçunun transferini prioritet variant kimi nəzərdən keçirir.
İddialara görə, “sarı-qırmızılar”ın baş məşqçisi Okan Buruk ukraynalı oyunçunun çıxışını yüksək qiymətləndirir.
Qeyd edək ki, Ukrayna millisinin üzvü olan Vitaliy Mikolenko bu mövsüm “Everton”un heyətində 16 oyunda iştirak edib. Onun "Everton"la müqaviləsi 30 iyun 2026-cı il tarixinədək qüvvədədir.
- İnyesta və Krkiç 2-ci Liqadan komanda alırlar
- "Milli üçün namizədim Bülent Korkmaz, Əsgər Abdullayev, Tərlan Əhmədov və... "
- "Neftçi" yeni transferini rəsmi olaraq açıqladı
- Avropa Kanoe Assosiasiyası “Prezident Kuboku-2024” reqatasını ikinci dəfə təqvim planına daxil edib
- Azərbaycan millisində dəyişiklik baş verib
0
0