“Qalatasaray”dan növbəti transfer
22.09.2023 - 14:07
![“Qalatasaray”dan növbəti transfer](https://apasport.az/storage/news/2023/september/22/big/650d677602cc1650d677602cc21695377270650d677602cbf650d677602cc0.png)
“Qalatasaray” daha bir futbolçunun transferini açıqlayıb.
Apasport.az saytı xəbər verir ki, “cim-bom” Dortmund “Borussiya”sından Gökdəniz Gürpüz ilə müqavilə imzalayaıb.
17 yaşlı yarımmüdafiəçinin keçidinə görə İstanbul təmsilçisi qarşı tərəfə 220 min avro ödəyəcək.
“Qürbətçi” futbolçu 2025/26 mövsümünün sonuna qədər “aslanlar”ın şərəfini qoruyacaq.
Qeyd edək ki, yarımmüdafiənin mərkəzində çıxış edən Gökdəniz “Dortmund”un U-17 komandası ilə 31 maçtda iştirak edib və 5 qol, 5 assistlə yadda qalıb.
0
0