“Qalatasaray”ın futbolçusu “Anderlext”in hədəfində
01.04.2026 - 11:37
"Qalatasaray"ın yeni transferi Armando Güner icarəyə veriləcək.
Apasport.az xəbər verir ki, 18 yaşlı futbolçuya “Anderlext” maraq göstərir.
Belçika nəhəngi yarımmüdafiəçini bir mövsümlük icarəyə götürmək üçün “Qalatasaray”la danışıqlara başlayıb.
Türkiyə çempionu Günerin ən azından bir mövsüm başqa klubda icarə əsasında çıxış etməsini, oyun praktikası qazanmasını istəyir.
Qeyd edək ki, Almaniyada dünyaya gələn futbolçu Argentina və Türkiyə əsillidir.
0
0