“Qalatasaray”ın futbolçusu Super Liqada klubunu dəyişib
06.02.2026 - 23:16
“Qalatasaray”ın futbolçusu Kazımcan Karataş Super Liqada klubunu dəyişib.
Apasport.az xəbər verir ki, sol cinah müdafiəçisi “Başakşəhər” klubuna keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 23 yaşlı futbolçu mövsümün sonunadək icarə əsasında İstanbul təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, Kazımcan Karataş bu mövsüm “Qalatasaray”ın heyətində iştirak etdiyi 13 rəsmi oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- Hakimlər Kollegiyasının sədri: "Ölkə başçısı ilə ilk görüşüm idi"
- “Sumqayıt” "Səbail"ə qalib gəlib, sonuncu pilləni tərk etdi - YENİLƏNİB
- AMADA və Almaniyanın Milli Antidopinq Agentliyinin rəhbərliyi arasında görüş keçirilib
- Boksçularımız Avropa birinciliyində mübarizə aparacaqlar
- “Ximki” Ayaz Quliyevə görə “Neftçi”yə qiymət “oxudu” - 700 min avro
0
0