“Qarabağ”ın futbolçusu məşqçilik kurslarına qoşulub
29.12.2025 - 22:56
“Qarabağ”ın futbolçusu məşqçilik kurslarına qoşulub

“Qarabağ”ın futbolçusu Marko Yankoviç gələcək məşqçilik karyerası üçün növbəti addımı atıb.

Apasport.az xəbər verir ki, monteneqrolu yarımmüdafiəçi daxili çempionatda yaranan fasilədən yararlanaraq ölkəsində təşkil olunan UEFA A kateqoriyalı məşqçi kurslarına qatılıb.

Təlim prosesini və imtahan mərhələsini uğurla tamamlayacağı təqdirdə, 29 yaşlı futbolçu UEFA A lisenziyasına sahib olacaq.

Bu kurslarda Marko Yankoviçlə yanaşı, daha əvvəl “Qarabağ”da çıxış etmiş Marko Veşoviç də iştirak edir.