“Qəbələ”dən ayrılan hücumçu Ukrayna klubunda
31.08.2024 - 12:51
“Qəbələ”dən ayrılan Osama Xalaylanın yeni ünvanı məlum olub.
Apasport.az xəbər verir ki, 26 yaşlı hücumçu Ukrayna təmsilçisi LNS-yə keçib. Bu barədə Çerkası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xalayla ilə 1 illik müqavilə imzalanıb.
İsrailli forvard “Qəbələ” ilə ötən mövsüm Premyer Liqada 33 oyunda 9 qol vurub, 6 məhsuldar ötürmə edib.
LNS Ukrayna Premyer Liqasında mübarizə aparır. Komanda 4 turdan sonra 9 xalla 3-cü sıradadır.
- De Liqt “Bavariya”ya keçdi
- "Kəpəz"də mövsümün ilk TRANSFERİ
- “Sumqayıt”ın prezidenti ilə jurnalistlər arasındakı məhkəmənin vaxtı bəlli olub
- Ruslan Qurbanov: "Xarici məşqçiyə bu qədər çox pul xərcləməkdənsə..."
- Bakıda Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə beynəlxalq təlim sessiyalarına start verilib
0
0