Qətərli investor MY üçün 4,5 milyarddan çox pul verməyəcək
10.03.2023 - 00:29
Qətərli investorlar qiymət onlara uyğun gəlməsə, “Mançester Yunayted”i almayacaqlar.
Apasport.az xəbər verir ki, Şeyx Casim bin Həməd Əl-Tani ingilis klubunu münasib qiymətə almağa hazırdır. Lakin o artıq ödəniş etmək fikrində deyil. Bundan əlavə, ötən həftə atası Şeyx Həməd “Mançester Yunayted”i almaq imkanını şübhə altına alaraq “bu investisiyanı bəyənmədiyini” deyib.
Şeyx Casimin klubu almaq üçün ilkin təklifi 4,5 milyard funt sterlinq dəyərində qiymətləndirilir. Qleyzer ailəsi "Mançester Yunayted"in ən azı 6 milyard funt sterlinq dəyərində olduğuna inanır.
- Bakıda keçirilən beynəlxalq turnirdə yarımfinalçılar müəyyənləşdi
- Aleksey İsayev: "Murad Musayevə hər zaman minnətdar olacam" - Müsahibə
- 9 cüdoçumuz Avropa çempionatında mübarizəyə başlayır
- “Araz-Naxçıvan” 3 xalı 1 qolla qazanıb - Yenilənib
- 10 gündə 3-cü "Neftçi" - "Sumqayıt" dueli - Biletlər satışda
0
0