"Qranada"da uruqvaylı futbolçu
27.12.2023 - 17:14
!["Qranada"da uruqvaylı futbolçu](https://apasport.az/storage/news/2023/december/27/big/658bf97ce0dc2658bf97ce0dc31703672188658bf97ce0dc0658bf97ce0dc1.webp)
"Qranada" heyətinə yeni futbolçu cəlb edib.
Apasport.az xəbər verir ki, İspaniya təmsilçisi Bruno Mendeslə müqavilə imzalayıb.
24 yaşlı futbolçunun hazırda çıxış etdiyi Braziliyanın “Korintians” klubu ilə razılaşması dekabrın 31-də bitəcək. Uruqvay millisinin də şərəfini qoruyan müdafiəçi yanvarın 1-dən yeni klubuna azad agent kimi qoşulacaq.
Qeyd edək ki, Mendes Braziliya çempionatının son mövsümündə 53 qarşılaşmada meydana çıxıb.
0
0