Qvardiola "Nyukasl"ın yarımmüdafiəçisini istəyir
28.03.2024 - 14:54
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Nyukasl"ın yarımmüdafiəçisi Bruno Gimaraeşi transfer etmək istəyir.
Apasport.az xəbər verir ki, bu barədə “Fichajes” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, ispaniyalı mütəxəssis Gimaraeşi komandaya dəvət etmək istəyir.
Xatırladaq ki, braziliyalının qiyməti 100 milyon avro olaraq dəyərləndirilir.
Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçi 2022-ci ilin yanvarında Fransanın "Lion" klubundan "Nyukasl"a keçib. İngiltərə Premyer Liqasının bu mövsümündə Bruno 3 qol vurub və 5 məhsuldar ötürmə edib.
- “Mingəçevir”dən darmadağın, “Cəbrayıl” “Baku Sporting”i məğlub etdi - YENİLƏNİB
- "Omoniya"nın baş məşqçisi: "Növbəti mərhələyə vəsiqə qazanmağa biz daha layiq idik"
- Ralf Ranqnik: "Heç bir ruh düşkünlüyü yoxdur"
- Remi özünə klub tapa bilmədi - karyerasını bitirir
- Kros qaçışı üzrə Bakı şəhər payız çempionatı keçiriləcək
0
0