Qyökereş Ronaldoyla komanda yoldaşı ola bilər
04.11.2024 - 14:45
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu yayda heyətini gücləndirmək istəyir.
Apasport.az xəbər verir ki, ərəblər “Sportinq”də çıxış edən Viktor Qyökereşlə maraqlanır.
Heyətdə xarici oyunçu sayını azaltmaq istəyən komanda yayda Anderson Taliskanı satmağı planlaşdırır.
Həmçinin ərəblərin Kriştiano Ronaldo ilə müqaviləni yeniləməyi planlaşdırdığı və növbəti mövsüm üçün daha rəqabətçi bir heyət qurmaq istədiyi bildirilib.
Qeyd edək ki, “Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatında 9 turdan sonra, 19 xalla 3-cü pillədə qərarlaşıb.
- Robert Prosineçki Kimdir? Azərbaycan Millisinə Qayıdacağı Ehtimal Edilən Mütəxəssis
- Qurban Qurbanov: “Ya tələb olunmalıdır, ya da dövlət səviyyəsində nəsə olmalıdır“
- AFFA-dan VAR-ın naqilləri ilə bağlı qərar
- Avropa Liqası tarixinin ən yaxşı 10 komandası - SİYAHI
- Azərbaycan derbisi 100-cü dəfə baş tutacaq
0
0