“Real” ingiltərəli müdafiəçi ilə maraqlanır
31.12.2025 - 12:12
“Real” ingiltərəli müdafiəçi ilə maraqlanır

“Kristal Pelas”ın futbolçusu Mark Qehi karyerasını İspaniyada davam etdirə bilər.

Apasport.az xəbər verir ki, “Real” müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə AS nəşri məlumat yayıb. Madrid təmsilçisi 2026-cı ilin yayında Qehini azad agent kimi sıralarına cəlb etmək istəyir.

Mark bu mövsüm 28 oyunda 3 qol vurub, 4 məhsuldar ötürmə edib. Onun müqaviləsi yayda başa çatacaq.