“Real Madrid” futbolçusu üçün qiymət təyin etdi: 90 milyon avro
24.06.2025 - 15:13
"Real" futbolçusu Rodriqo ilə bağlı qərarını verib.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, klub onun transfer məbləğini müəyyən edib.
Braziliyalını heyətinə qatmaq istəyənlər 90 milyon avrodan keçməli olacaqlar.
"Arsenal" hücum xəttini gücləndirmək üçün Rodriqonu ideal namizədlərdən hesab edir. Onunla “Çelsi”, “Mançester Siti” kimi klublar da yaxından maraqlanır.
Qeyd edək ki, 2019-ci ildə “Real”a qoşulan 24 yaşlı futbolçu başa çatan mövsümdə çıxdığı 51 matçda 14 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
- Taekvondoçularımızdan daha 4 medal
- “Nitsa”ya yeni baş məşqçi təyin olunub
- "Bavariya" "Bayer"in futbolçusu üçün 140 milyon ödəməyə hazırdır
- Saşa Yunisoğlu: “Biz güclü komandaları udurduq, indi millidə ruh görmürəm” - Müsahibə
- Estoniya millisinin baş məşqçisi: "Azərbaycanla yenidən oynamaq istəmirdik"
0
0