“Real”da ciddi itki - BİR AY OYNAYA BİLMƏYƏCƏK
02.02.2026 - 09:52
"Real"da ciddi itki yaşanıb.
Apasport.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Cud Bellinqem zədələnib.
O, "Rayo Valyekano" ilə oyunda (2:1) budun arxa əzələsindən xəsarət alıb.
Futbolçu matçın 10-cu dəqiqəsində əvəzlənib. Meydana Brahim Dias çıxıb.
Tibbi müayinənin nəticələrinə əsasən, 22 yaşlı yarımmüdafiəçiyə sol ayağın yarımsinxir əzələsinin zədəsi diaqnozu qoyulub. Bellinqem təxminən bir ay oynaya bilməyəcək.
0
0