“Real”ın B planı - baş məşqçi ilə bağlı
13.09.2022 - 22:35
![“Real”ın B planı - baş məşqçi ilə bağlı](https://apasport.az/storage/news/2022/september/13/big/63205addc979863205addc9799166306479763205addc979563205addc9797.jpg)
“Çelsi”nin sabiq baş məşqçisi Tomas Tuxel karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis “Real”ın maraq dairəsindədir.
Tuxel Madrid klubu üçün B planıdır. Əgər mövsümün sonunda Karlo Ançelotti postunu tərk etsə, onu məhz almaniyalı əvəzləyəcək.
Qeyd edək ki, italiyalı mütəxəssisin “Real”la müqaviləsi 2024-cü ildə başa çatacaq.
0
0