“Fənərbaxça” hücum xəttini gücləndirmək üçün transfer çalışmalarını davam etdirir.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi “Real”ın mərakeşli futbolçusu Brahim Diazı heyətinə qatmaq istəyir.
TRT Sporun məlumatına görə, “sarı-lacivərdlilər” 26 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə görüşməyə hazırlaşır. “Fənərbaxça”nın həmçinin futbolçunun transfer şərtlərini öyrənmək üçün “Real”la da danışıqlar aparacağı bildirilir.
Diaz 2019-cu ildən “Real”a məxsusdur. O, daha əvvəl “Mançester Siti” və “Milan”da da çıxış edib.
Qeyd edək ki, Brahim Diazın “Real”la müqaviləsi 2027-ci ilin yayına qədərdir.
- “Fənərbaxça” və “Qalatasaray” istədi, İngiltərəyə qayıtdı
- Premyer Liqada 5 mövsümün rekordu
- Hakimləri təhqir etdi, 4 oyun cəza aldı
- Slavko Georgiyevski “Neftçi”nin nəticələrində günahkarın adını açıqladı - MÜSAHİBƏ
- Azərbaycanda yığmaların, məşqçi və idmançı heyətlərinin yenilənmiş siyahısı təsdiqlənib