Rekord transfer
17.08.2022 - 12:44
“Vulverhempton” “Sportinq”in yarımmüdafiəçisi Mateus Nunyesin transferini tamamlayıb.
Apasport.az saytının məlumatına görə, sövdələşmə təxminən 45 milyon avro və əlavə 5 milyon avro bonus təşkil edib.
Bu isə “Vulverhempton” tarixinin rekord transferidir. 23 yaşlı oyunçu yaxın vaxtlarda tibbi müayinədən keçəcək və ardından yeni komandası ilə 5 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Mateus Nunyes ötən mövsüm Portuqaliya çempionatında 33 oyun keçirib.
- "Şefild Yunayted" yenidən Premyer Liqada
- "Qalatasaray"ın futbolçusunun vurduğu qol ÇL-də mövsümün ən yaxşısı seçildi - VİDEO
- AFFA hakimlərin tərəfini tutdu: “Neftçi”nin oyununda penalti yox idi”
- Skandal: "Neftçi"nin futbolçusu azarkeşlərə butulka atıb
- Azərbaycan millisi İspaniya və İngiltərə ilə bir qrupda
0
0