“Roma”nın 20 milyonluq hədəfi
21.01.2023 - 15:38
“Roma” Nikola Zanioloya əvəzləyici tapıb.
Apasport.az saytının məlumatına görə, İtaliya klubu komandanı tərk edəcək yarımmüdafiəçinin yerinə Ussem Auanı almağı planlaşdırır.
24 yaşlı yarımmüdafiəçi yetirməsi olduğu “Lion”un şərəfini qoruyur. Karyerası boyu yalnız bu klubda forma geyinən Auanın qiyməti 20 milyon avrodur.
Qeyd edək ki, Ussem “Lion”da 222 oyun keçirib. O, 41 qol və 35 assistə imza atıb.
- “Fənərbaxça” "Siti"nin futbolçusu ilə maraqlanır
- "Barselona" Dani Olmo transferini açıqlayıb
- Pyer Saj "Qarabağ"la matçda əsas oyunçularına istirahət verəcək
- “Beşiktaş”ın prezidenti: 15 milyon avro verən Rafa Silvanı ala bilər
- DÇ: İspaniya yığmasının heyəti müəyyənləşib, "Real"ın heç bir futbolçusu siyahıda yer almayıb
0
0