Ronaldoya Premyer Liqadan maraq
15.12.2022 - 14:23
Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo yenidən İngiltərə Premyer Liqasında çıxış edə bilər.
Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted”in sabiq hücumçusu “Çelsi”nin hədəfindədir.
London klubu 37 yaşlı forvardı qış transfer pəncərəsində heyətinə qatmaq istəyir. Bu keçid Armando Broyyanın zədələnməsindən sonra yenə gündəmə gəlib. Hazırda “Çelsi”nin yalnız bir hücumçusu qalıb. Bu, Pyer-Emerik Obameyanqdır.
Qeyd edək ki, Ronaldo Asiya ölkələrindən bir neçə təklif alıb.
- İsveç yığmasının baş məşqçisi: “Daha pis qrupa düşə bilərdik”
- Çimərlik voleybolu üzrə turnir keçiriləcək - Azərbaycanda ilk dəfə
- “Özünü Kenandan daha dəyərli görürsən?” – “Yuventus”dan Vlahoviçə sərt cavab
- Millinin baş məşqçisinə DÇ-2026-ya qədər etimad
- Sərbəst güləş üzrə millinin DÇ üçün heyəti açıqlandı
0
0