Sabiq baş məşqçisini qaytarmağa qərar verdi
14.10.2022 - 14:08
![Sabiq baş məşqçisini qaytarmağa qərar verdi](https://apasport.az/storage/news/2022/october/14/big/63493543897186349354389719166574214763493543897146349354389716.jpg)
İngiltərənin “Vulverhempton” klubu sabiq baş məşqçisi Nunu Eşpiritu Santunu geri qaytarmağa qərar verib.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu portuqaliyalı mütəxəssislə danışıqlara başlayıb.
48 yaşlı çalışdırıcı 2021-ci ilin mayında Premyer Liqa təmsilçisindən ayrılıb. “Canavarlar” onun rəhbərliyi altında Avropa Liqasının 1/4 finalına qədər irəliləyib.
Qeyd edək ki, hazırda Premyer Liqanın turnir cədvəlində 18-ci olan komandanı digər portuqaliyalı Bruno Laje çalışdırır.
0
0