Sabiq "Real"lı yenidən La Liqada
26.08.2024 - 19:08
![Sabiq "Real"lı yenidən La Liqada](https://apasport.az/storage/news/2024/august/26/big/66cc9a4b493b666cc9a4b493b7172468487566cc9a4b493b166cc9a4b493b4.jpg)
Xames Rodriges karyerasını "Rayo Vallekano"da davam etdirəcək.
Apasport.az xəbər verir ki, La Liqa klubu 33 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalayıb.
Kolumbiyalı İspaniya təmsilçisinə azad agent kimi qoşulub. O, bu ayın əvvəlində "Sao Paulo" ilə müqaviləsinə xitam vermişdi.
Xames Rodriges 2014–2020-ci illərdə "Real Madrid"də forma geyinib
0
0